Son dəqiqə

Qəzza Yaxın Şərq

Qəzzada ölənlərin sayı 38 mini keçib

Bakı,TurkicWorld

Qəzzada ölənlərin sayı 38 mini keçib.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 38 min 98-ə, yaralıların sayının isə 87 min 705-ə yüksəldiyi qeyd edilib.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

Mövzuya görə xəbərlər