Son dəqiqə

Fələstin Qəzza

Qəzzada həyatını itirənlərin sayı 42 minə yaxınlaşıb

Bakı, TurkicWorld

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 84-ə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Qəzza şəhərinin cənubundakı Zeytun səmtindəki Kaşko küçəsində İsrail ordusunun həyata keçirdiyi hücumda iki fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində Əl-Bureyc düşərgəsinin şimalına endirdiyi hava zərbələri nəticəsində çoxlu evlər də dağılıb. Nüseyrat Qaçqınlar Düşərgəsindəki bir ev döyüş təyyarəsi ilə vurularkən, Sabra rayonundakı evlər də artilleriya hücumunun hədəfi olub.

Qeyd edilib ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 84, yaralıların sayı isə 95 min 29-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb

Mövzuya görə xəbərlər