Son dəqiqə

Fələstin İsrail Qəzza

Qəzzadakı tibbi ləvazimatların 60 faizi tükənib

Bakı, TurkicWorld

Qəzzadakı tibbi ləvazimatların 60 faizi tükənib.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Nazirlik İsrailin Qəzza zolağına qarşı davam edən müharibəsi və nəzarəti və sərhəd qapılarını bağlaması nəticəsində əsas dərman siyahısının 60 faizinin və tibbi ləvazimatların 83 faizinin tükəndiyini bildirib.

Qeyd edilib ki, dərman və tibbi ləvazimatların "görünməmiş" böhranı xəstələrin və yaralıların həyatına ciddi təsir göstərəcək.

Bildirilib ki, dayandırılma riski olan ən mühüm xidmətlər təcili yardım, əməliyyatlar, reanimasiya, dializ, ilkin səhiyyə xidməti və psixi sağlamlıqdır.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də başlayan müharibədən sonra Qəzza zolağına elektrik enerjisini kəsən İsrail, Qəzza zolağındakı yeganə elektrik stansiyasının işləməsi üçün lazım olan yanacağın da ölkəyə daxil olmasına mane olur.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər