Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrail ordusu Tulkerim Qaçqınlar Düşərgəsindən geri çəkilib

Bakı, TurkicWorld

İsrail ordusu İordan çayının qərb sahilindəki Tulkerim Qaçqınlar Düşərgəsindən geri çəkilib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, İsrail qüvvələrinin geri çəkilməsindən sonra Tulkerim Bələdiyyəsi və tibb qrupları Tulkerim Qaçqınlar Düşərgəsinə daxil ola bilib.

Sentyabrın 10-dan etibarən İsrail ordusunun Tulkerim şəhəri və Tulkerim Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqınlarda 8 fələstinli şəhid olub.

İsrail qüvvələri inşaat texnikasının müşayiəti ilə İordan çayının qərb sahilindəki Tulkerim şəhərinə və Tulkerim Qaçqınlar Düşərgəsinə basqın edərək, fələstinli ailələri evlərini tərk etməyə məcbur edib, bəzi evləri yandırıb və şəhərin infrastrukturuna böyük ziyan vurub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər