Bakı, TurkicWorld
İsrail ordusu və təhlükəsizlik xidmətləri Afrikadan sığınacaq axtaran şəxslərin hüquqi statusundan istifadə edərək onlara “işə cəlb edib” müharibədə iştirak etmək müqabilində öldədə yaşayış izni verir.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Qəzza müharibəsində İsrail muzdluların olduğunu rəsmən etiraf etməsə də, bəzi afrikalı qaçqınları işə cəlb etdiyini inkar etmir.
“İşə” qəbul prosesi mütəşəkkil şəkildə və təhlükəsizlik xidmətinin hüquq məsləhətçisinin hüquqi nəzarəti altında aparılır.
Diqqət çəkən odur ki, həmin qaçqınlardan bəziləri İsrail hakimiyyətinin vədlərini pozduqlarından və indiyə qədər heç birinə İsraildə daimi hüquqi status vermədiklərindən şikayət etdikdən sonra faktlar ortaya çıxıb.
İsraildə təxminən 30 min afrikalı sığınacaq axtaran şəxs yaşayır, onların əksəriyyəti illərdir burada qeyri qanunu yaşayır. Bu gənclər əsasən Eritreya, Sudan və Efiopiyadandır. Qəzza hadisələrinə qədər bu afrikalıların əksəriyyəti kənd təsərrüfatı sahəsində çalışıb.
İsrailinin Haaretz qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazır ki, bu qaçqınlardan bir neçə yüz nəfəri İsrail ordusuna və onun Qəzzada apardığı hərbi əməliyyatlara qoşulmaq üçün müraciət edib.
Qəzet adı açıqlanmayan afrikalı gəncə istinadən məlumat verir ki , döyüşdə iştirak müqabilində “ona İsrail vətəndaşlarına bənzər hüquqlar vəəd edilib, lakin bunun hər altı aydan bir yenilənməsini tələb edilib və onun İsraildə gələcək status ilə bağlı heç bir zəmanət verilməyib.
Qəzeti yazır ki, adı açıqlanmayan digər afrikalı gənc əvvəllər orduya qoşulmaq üçün müraciət edib. O da digər sığınacaq axtaranlar kimi İsrail cəmiyyətinə inteqrasiya etməyə çalışsa da, onun istəyi rədd edilib. Müharibənin ilk aylarında ona polisdən telefon zəngi gəlib və oradan ətraflı məlumat vermədən dərhal təhlükəsizlik obyektinə gəlməsi tələb olunub. Gələndə onu “təhlükəsizlik işçiləri” adlandırdığı şəxslər qarşılayıb.
“Onlar mənə dedilər ki, orduya qoşulmaq üçün xüsusi adamlar axtarırlar və bu, İsrail Dövləti üçün ekzistensial müharibədir”-deyə “təhlükəsizlik işçiləri” ona deyiblər.
Digər bir tərəfdən Haaretz təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, İsrail bir neçə əməliyyatda sığınacaq axtaran şəxslərdən təhlükəli vəzifələrdə istifadə edib .Məlumata görə, bəzi hallarda hərbi əməliyyatlarda iştirak etmiş sığınacaq axtaran şəxslərə hüquqi statusun verilməsi məsələsinə baxılsa da, onların heç birinin hüquqi statusu hələ də tənzimlənməyib.
Maraqlıdır ki, müharibə başlayandan bəri İsrail ordusunun Qəzzaya qarşı apardığı müharibədə çoxlu sayda avropalı muzdlu əsgərin cəlb edilməsi ilə bağlı xaricdə xəbərlər dərc olunur. Bu sahədə ilk nəşr ötən ilin noyabrında İspaniyanın El Mundo qəzetində dərc olunub. Ölkəsinin ordusunda 4 il xidmət etmiş, daha sonra 2018-ci ildə İraqda İŞİD-ə qarşı koalisiya qüvvələrində xidmət etmiş, daha sonra Ukraynada 1500 muzdlu ilə xidmət etmiş ispaniyalı Fedro Diaz Flores (28 yaş) adlı peşəkar muzdlu ilə müsahibəni dərc edib. Flores müsahibəsində neçə muzdlu işçi işə götürmə şirkətlərindən biri tərəfindən işə götürüldüyünü və İsrailə həftədə 3900 avro ilə çoxlu pul ödədiyi üçün gəldiyini söyləmişdiş.
Təl-Əvivdəki media mənbələri bildirir ki, İsrail üçün muzdlu əsgərlər cəlb edən şirkətlər arasında Yevgeni Priqojin tərəfindən qurulan Rusiyanın “Vaqner” və Arik Vriensin rəhbərlik etdiyi Amerikanın “Blackwater” şirkətləri də var.