Son dəqiqə

İsrail Almaniya silahlı insident Silahlı hücumlar silah Silahsızlanma prosesi

Almaniyada kilsələr hökuməti İsrailə silah ixracını dayandırmağa çağırıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Almaniyada Protestant və Katolik kilsələri tərəfindən yaradılan Kilsə və İnkişaf üzrə Birgə Konfrans (GKKE) Almaniya hökumətinə İsrailə silah ixracının həyata keçirilməməsi çağırışı edib.

TurkicWorld xəbər verir ki, GKKE-nin həmsədrləri Karl Yüsten və Anne Gidion paytaxt Berlində “29-cu Silah İxracı Hesabatı” ilə bağlı mətbuat konfransı keçiriblər.

Katolik Kilsəsinin nümayəndəsi Karl Yüsten çıxışı zamanı bildirib ki, GKKE hökuməti Qəzza zolağında istifadə oluna biləcək silahların, bölgədəki vəziyyət kifayət qədər sabitləşənədək və bu silahların beynəlxalq humanitar hüququn ciddi pozuntularında istifadə olunma riski aradan qalxanadək İsrailə təhvil verilməməsinə çağırır. O vurğulayıb ki, hazırkı atəşkəs son dərəcə kövrəkdir.

Yüsten Almaniya hökumətinin İsrailə silah ixracının dayandırılması ilə bağlı qərarı bölgədə atəşkəs əldə olunduqdan sonra ləğv etdiyini xatırladaraq, bu addımı vaxtından əvvəl verilmiş qərar kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu mövqenin qorunması Almaniya hökumətinin həm öz prinsiplərinə, həm də Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirərdi.

Alman din xadimi, eyni zamanda, İsrailin Qəzza zolağında apardığı müharibənin, xüsusilə mülki əhaliyə münasibət baxımından bir çox hallarda beynəlxalq humanitar hüququn tələbləri ilə uzlaşmadığını bildirib.

Mövzuya görə xəbərlər