Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Ermənistan Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurası

Ermənistan Baş naziri Paşinyan Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə Ermənistana tranzit yüklərin açılması və ikitərəfli ticarətin başlanması üçün şərait yaradılması qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

TurkicWorld xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.

Paşinyan regional iqtisadi inteqrasiyanı gücləndirmək üçün Ali Avrasiya İqtisadi Şurasının üzv dövlətləri və müşahidəçilərlə konstruktiv dialoqun vacibliyini vurğulayıb. O, daxili bazarın rahat işləməsi, maneələrin aradan qaldırılması, rəqəmsallaşdırma və tənzimləmə prosedurlarının sadələşdirilməsinin Ermənistan üçün prioritet olduğunu bildirib.

Baş nazir bərabərlik, suverenlik və milli yurisdiksiyaya əsaslanan ticarət və logistika əməkdaşlığının inkişafına xüsusi diqqət yetirib və bu qərarı regionda sülh və sabitliyin bərqərar olmasında ilk böyük nailiyyətlərdən biri kimi qiymətləndirib. O əlavə edib ki, davam edən konstruktiv dəyişikliklər regiondakı bütün ölkələr üçün yeni imkanlar yaradır, daha güclü iqtisadi dayanıqlığa və genişlənmiş regional əlaqələrə töhfə verir.

Mövzuya görə xəbərlər