BAKI, TurkicWorld
Təxminən 12 böyük neft şirkəti Venesuelada fəaliyyət göstərmək niyyətini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bunu ABŞ-nin Energetika naziri Kris Rayt bildirib.
O, Fox News-a verdiyi müsahibədə bildirib: "Ən azı on iki. Beş böyük şirkət istehsalı sürətlə artıracaq və daha altı-on iki şirkət Venesuelaya getməyə hazır olduqlarını deyir."
Daha əvvəl Britaniyanın “Financial Times” qəzeti xəbər verirdi ki, Amerika neft şirkətləri Venesuelanın neft sənayesinə investisiya qoymazdan əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyasından “ciddi zəmanətlər” tələb ediblər.







