Son dəqiqə

Azərbaycan Ermənistan Gürcüstan neft məhsulları

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

BAKI, TurkicWorld

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.

TurkicWorld xəbər verir ki, 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.

Mövzuya görə xəbərlər