Bakı,TurkicWorld
Başda Qəzzada olmaqla dünyanın müxtəlif yerlərində davam edən qarşıdurmaları, zülmləri və qırğınları dayandırmaq üçün bütün imkanlarımızı səfərbər edirik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz kimliyindən, əqidəsindən asılı olmayaraq, heç bir maddi fayda gözləmədən məzlumların tərəfindəyik. Bu gün biz dünənkindən güclüyük, İnşallah sabah daha da güclü olacağıq”,- deyə Ərdoğan bildirib.
“İstiqlal savaşı ilə məzlum xalqlara ilham verən Türkiyə həm də sülhün, ədalətin, əmin-amanlığın hökm sürdüyü bir dünyaya ev sahibliyi edəcək”,- deyə sonda o vurğulayıb.