Son dəqiqə

İsrail Qəzza

Qəzza zolağında ölənlərin sayı 41 mini ötüb

Bakı, TurkicWorld

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 41 min 391-ə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Son 72 saatda Qəzza zolağına edilən 12 hücumda 119 fələstinlinin həyatını itirdiyi, 209 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 878, yaralıların sayı isə 95 min 760-1 yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə rəsmilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Mövzuya görə xəbərlər