Bakı, TurkicWorld
İsrail yenidən Livanın cənubunda və Beyrutun cənub ətraflarında rabitə cihazlarını partladıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu barədə yerli KİV-lər paylaşım edib.
Qeyd edilib ki, Beyrut başda olmaqla, ölkənin hər yerində partlayış səsləri eşidilib.
İkinci rəqəmsal hücumda Hizbullah üzvlərinin radiolarının hədəfə alındığı bildirilib. Partlayan radioların dünənki hücumda partlayan peycerlərlə eyni vaxtda götürüldüyü qeyd edilib.
İlkin məlumatlara görə, simsiz hücum nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Xatırladaq ki, dünən Livanda peycerlərin partlaması nəticəsində 3000-dən çox insan yaralanıb.
Hafiz Rufizoğlu