Bakı,TurkicWorld
Bir daha təəssüf ki, İsrail dövlət kimi deyil, terror təşkilatı kimi hücumlar təşkil edir.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a getməzdən əvvəl mətbuata açıqlama verib.
“Xüsusilə də rəqəmsal hücumların həyata keçirilməsi bunun çox açıq ifadəsidir. İsrail bu hücumla heç bir mülki həssaslığı olmadığını və mənfur məqsədlərinə çatmaq üçün hər cür cəhd edəcəyini açıq şəkildə nümayiş etdirdi”,- deyə Ərdoğan bildirib.
O, hazırda regionun izaholunmaz dərəcədə böyük böhranla üz-üzə olduğunu vurğulayıb.
“Dünya sülhünü qorumaq missiyası daşıyan bütün ölkələrin İsraili dayandıracaq həll yollarını ortaya qoymasının vaxtı çatıb”,- deyə o bildirib.