Bakı, TurkicWorld
Fransız hava yolu şirkəti Air France Livanda peycerlərin partladılmasından sonra bölgədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar Livan və İsrailə uçuşları sabaha qədər dayandırdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə yerli KİV-lərdə yer alan xəbərlərdə qeyd edilib.
Air France bildirib ki, uçuşların bərpası yerlərdə vəziyyətin gündəlik qiymətləndirilməsindən asılı olacaq.
Şirkətdən qeyd edilib ki, uçuşları ləğv edilən müştərilərə məlumat veriləcək və biletlərinin pulu geri qaytarılacaq və ya sonraya təxirə salınacaq.
Xatırladaq ki, dünən Livanda peycerlərin partlaması nəticəsində 3000-dən çox insan yaralanıb.
Hafiz Rufizoğlu