Son dəqiqə

İsrail Hizbullah

İsrail Beyrutun cənubunu bombalayır

Bakı, TurkicWorld

İsrail ordusu Hizbullah üzvlərinin istifadə etdiyi rabitə vasitələrini partlatdıqdan bir neçə gün sonra bu gün (cümə) Camus bölgəsində Hizbullahın qalası sayılan Beyrutun cənub ətrafını bombalayıb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, İsrailin bu addımı ərazidə böyük dağıntılara səbəb olub.

Məlumata əsasən, İsrail hava reydlərində F35 döyüş təyyarəsindən istifadə edib. Yerli media da ölən və yaralananların olduğunu bildirib. Bəzi mənbələr hava zərbəsi nəticəsində beş uşağın öldüyünü bildirir.

Mövzuya görə xəbərlər