ABŞ mina

ABŞ Azərbaycana iki minatəmizləyən it verib

Bakı, TurkicWorld

ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby "X" sosial media hesabında paylaşım verib.

"Berta və Dum ANAMA-nın minaları və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. İtlər və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitində yaşayışı təmin etməkdə mühüm rol oynayırlar" - deyə səfir əlavə edib.

Mövzuya görə xəbərlər