Son dəqiqə

İsrail İran Almaniya

Almaniya İsrail və İrana uçuşları dayandırıb

Bakı,TurkicWorld

Almaniyanın Lufthansa aviaşirkəti peycerlərin Livanda partladılmasından sonra sentyabrın 19-dək İsrail və İrana uçuşları dayandırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Lufthansa aviaşirkəti uçuşlarda dəyişikliklər edildiyini açıqlayıb.

Açıqlamada, təhlükəsizlik vəziyyətindəki qısamüddətli dəyişikliyə görə Tel-Əviv və Tehrana uçuşların dərhal dayandırıldığı və Lufthansa şirkətinə bağlı bütün aviaşirkətlərin də bu müddət ərzində İsrail və İrana uçuşları dayandıracağı qeyd olunub.

Şirkət ləğvlərdən təsirlənən sərnişinlərə pulsuz rezervasiya, dəyişdirmə və ya ləğv etmə variantları təqdim edib.

Alman şirkəti vəziyyəti izləməyə davam etdiyini və yaxın günlərdə daha bir açıqlama verəcəklərini qeyd edib.

Mövzuya görə xəbərlər