Son dəqiqə

İsrail Qəzza HƏMAS

HƏMAS atəşkəs təklifini rədd edib

Bakı,TurkicWorld

HƏMAS hərəkatı Misirin paytaxtı Qahirədə onlara təqdim edilən yeni təklifi “İsrail işğalını daimi edəcək” səbəbi ilə rədd edib.

TurkicWorld xəbər verir ki, vasitəçi ölkələr olan Misir və Qətər yeni atəşkəs təklifini Qahirədə HƏMAS nümayəndə heyətinə çatdırıb.

HƏMAS rəsmisi iyulun ikisində ABŞ prezidenti Baydenin elan etdiyi və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən atəşkəs təklifinə sadiq olduğunu bildirib.

İstənilən razılaşmanın daimi atəşkəs və İsrailin Qəzza zolağından tamamilə çıxarılmasının vacibliyini vurğulayan HƏMAS rəsmisi Qahirədə onlara təqdim edilən təklifdə bunların olmadığını qeyd edib.

İsrailin tələblərini ehtiva edən bu yeni təklifə görə, Filadelfi dəhlizi adlanan 14 kilometrlik Misir-Qəzza sərhədinə nəzarət İsrailin ixtiyarına verilir və İsrailin hərbi varlığının Qəzzada davam etməsi nəzərdə tutulur.

İsrail dövlət televiziyasında atəşkəs və əsir mübadiləsi razılaşması üçün Misirin paytaxtı Qahirədə olan İsrail heyətinin ölkəyə qayıtdığı qeyd edilib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrail və beynəlxalq ictimaiyyət tərəfindən siyasi səbəblərə görə Həmas ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham olunur.

Mövzuya görə xəbərlər