İsrail Livan Hizbullah

Hizbullah İsrailin Hermon dağındakı kəşfiyyat mərkəzini hədəf alıb

Bakı, TurkicWorld

Livandakı Hizbullah Hərəkatı İsrailin Hizbullahın yüksək rütbəli üzvünü öldürməsinə cavab olaraq dünən gecə işğal altındakı Colan təpələrinin şimalındakı Hermon dağında İsrailin texniki və elektron kəşfiyyat mərkəzinə raketlərlə hücum etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, kəşfiyyat mərkəzinə hücum PUA-larla həyata keçirilib.

Açıqlamada PUA-ların casusluq və kəşfiyyat vasitələrinə və texniki sistemlərə zərbələr endirdiyi, bunun dağıntılara və böyük yanğına səbəb olduğu bildirilib.

Qeyd edək ki, İsrailin Hermon dağındakı mövqeləri 1973-cü il Ərəb-İsrail müharibəsindən sonra ilk dəfə hədəfə alınıb və hücum Hizbullahın 8 oktyabr 2023-cü ildən İsrailə qarşı ən böyük əməliyyatı hesab edilib.

Mövzuya görə xəbərlər