Bakı, TurkicWorld
İHH Humanitar Yardım Vəqfi İsrailin hücumuna məruz qalan Livana humanitar yardım çatdırıb.
TurkicWorld xəbər verir ki, uzun illərdir Livana humanitar yardım çatdıran İHH, İsrailin hücumlarının başlamasından sonra təcili yardım işlərinə başlayıb.
Fond fəaliyyətinin ilk günündə Beyrut, Sidon və Şuf bölgələrində ehtiyac sahiblərinə yardım paketləri çatdırıb.
Beyrutda məktəbə sığınan 100 ailəyə qida və gigiyena məhsulları paylanılıb.
Saydada 450 nəfərə isti yemək verilib. Şufda 150 nəfərin ədyal və çarpayı ehtiyyacı qarşılanıb. Həmçinin hücumların başlamasından bu yana bölgəyə ilkin tibbi yardım məhsulları çatdırılır.
Bundan əlavə, İHH-nin Klimq əl-Kharroub bölgəsində mətbəx quraşdırma işləri davam edir. Mətbəx fəaliyyətə başladıqdan sonra hər gün 4 min nəfərə yemək paylanılacaq.
Qeyd edək ki, İsrailin Livana hücumları davam edir. Hücumlar nəticəsində indiyədək 1034 nəfər ölüb, minlərlə insan yaralanıb. 500 minə yaxın insan ölkə daxilində və xaricə miqrasiya etməli olub. Minlərlə ailə məktəblərə və müvəqqəti sığınacaqlara yerləşib.
Livana İHH vasitəsilə yardım etmək istəyənlər BAGİS yazıb 3072-yə SMS göndərməklə 30 TL, 4072-yə SMS göndərməklə 130 TL dəstək ola bilərlər.
Həmçinin fondun internet saytı vasitəsilə və bank hesab nömrələrinin qeyd olunduğu bölümə LÜBNAN ACİL YARDIM yazıb istədikləri məbləğdə yardım edə bilərlər.