Bakı. TurkicWorld:
ABŞ prezidenti Co Bayden İsrailin raket hücumlarına cavab olaraq İranın nüvə obyektlərinə zərbə endirilməsinin məqsədəuyğun olmadığını bildirib.
TurkicWorld xəbər verir ki, Bayden çərşənbə günü etdiyi açıqlamada, İranın nüvə obyektlərinə hücumun dəstəklənmədiyini vurğulayıb.
ABŞ lideri yaxın vaxtlarda mövcud vəziyyəti müzakirə etmək üçün İsrailin baş naziri Benyamin Netanyahu ilə danışacağını qeyd edib və ABŞ-ın tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini də əlavə edib.