Son dəqiqə

İsrail Livan

İsrailin Livana zərbələri nəticəsində 46 nəfər ölüb

Bakı, TurkicWorld

İsrailin son 24 saat ərzində Livana endirdiyi hava zərbələri nəticəsində azı 46 nəfər həlak olub, 85 nəfər yaralanıb.

TurkicWorld-in verdiyi məlumata görə, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumatda qeyd edilir ki, hücumlar əsasən Nəbataba əyalətinin cənub bölgələrinə, Bekaa, Baalbek-Hermel və Livan silsiləsinə yönəlib.

Nazirliyin məlumatına görə, İsrailin son iki həftə ərzində həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 1030 nəfər həyatını itirib, 6300-dən çox insan isə yaralanıb.

Mövzuya görə xəbərlər