Son dəqiqə

İsrail Qəzza HƏMAS

Qəzzada baş verənlər biabırçılıqdır – İsrail Generalı

Bakı,TurkicWorld

Qəzzada çox şey itiririk, baş verənlər böyük biabırçılıqdır.

TurkicWorld xəbər verir ki, İsrailin istefada olan general-mayoru Yitzhak Brik yerli radioya verdiyi açıqlamada İsrailin Qəzza zolağına hücumları və mövcud proseslə bağlı öz fikirlərini söyləyib.

“Ordu məğlub etməyin mümkün olmadığını bilir. Əsgərlər öldürülür”,- deyə Brik deyib.

Brik həmçinin İsrail Baş Qərargah rəisi Herzi Halevinin səlahiyyət müddəti bitənə qədər vəzifəsində qalmaq istədiyini və yalan danışdığını bildirib.

Qeyd edək ki, iyunun 19-da bir televiziya kanalına müsahibə verən İsrail Ordusunun sözçüsü Daniel Hagari HƏMAS-ı məhv etmənin mümkün olmadığını demişdi.

“HƏMAS-ı hərbi yolla məhv etmək mümkün deyil, HƏMAS ideyadır. Belə bir hədəfin qoyulması ictimaiyyəti çaşdırmaq deməkdir”,- deyə Hagari bildirib.

Mövzuya görə xəbərlər