Şimali Kipr Türk Respublikası

KKTC-də baş verən yanğın hərbi PUA və helikopterin dəstəyi ilə söndürülüb

Bakı,TurkicWorld

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) İskele şəhərinin Ağırlar və Altınova bölgələrində kolluq sahəsində baş verən yanğın Təhlükəsizlik Qüvvələrinə məxsus hərbi pilotsuz uçuş aparatı (PUA) və helikopterin dəstəyi ilə söndürülüb. .

TurkicWorld xəbər verir ki, bu barədə verilən açıqlamada dünən hərbi PUA-nın yanğın bölgəsində kəşfiyyat araşdırması apardığı, yanğınsöndürmə vasitələri ilə birlikdə Cougar hərbi helikopteri ilə 15 ton suyun yanğın bölgəsinə atıldığı bildirilib.

Açıqlamada Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bir ədəd Mİ-8 yanğınsöndürmə vertolyotunun işlərə havadan dəstək verdiyi, hərbi yanğınsöndürmə briqadaları, su tankerləri və iş maşınlarının da yanğınsöndürmə idarəsinə dəstək verdiyi bildirilib.

Mövzuya görə xəbərlər