Son dəqiqə

Ersin Tatar Şimali Kipr Türk Respublikası

Kipr türk dünyasının ayrılmaz bir parçasıdır – Ersin Tatar

Bakı,TurkicWorld

TDT Zirvə toplantısında deyildiyi kimi, Kipr Türk xalqı Türk dünyasının ayrılmaz bir parçasıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə KKTC-nin paytaxtı Lefkoşada keçirilən 20 İyul Sülh və Azadlıq Günü paradında çıxışı zamanı deyib.

Tatar Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısında xarici işlər naziri Hakan Fidanın çıxışına toxunaraq, verdiyi dəstəyə görə Fidana təşəkkürünü bildirib.

Həmçinin tədbirdə Tatar, Yunanıstanın müdafiə nazirinin açıqlamalarını pisləyib.

“60 ildir xalqımıza qarşı tətbiq edilən qeyri-insani sanksiyaların müdafiə oluna bilən heç bir tərəfi yoxdur. Yunan müdafiə nazirinin Kipr türklərini və Türk Silahlı Qüvvələrini hədəf alan bəyanatını şiddətlə qınayırıq”,- deyə Tatar bildirib.

Ersin Tatar həmçinin, hər zaman KKTC-nin yanında olan və ona dəstək olan Ərdoğana təşəkkür edib.

“Hər sahədə sarsılmaz dəstəyinə görə cənab Rəcəb Tayyib Ərdoğana sonsuz təşəkkürümü bildirirəm”,- deyə o vurğulayıb.

Mövzuya görə xəbərlər