Son dəqiqə

Kipr Şimali Kipr Türk Respublikası Ünal Üstel ŞKTC

Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 13-ə çatıb

BAKI,TurkicWorld

Girnədə baş vermiş gəmi qəzasında ölənlərin sayı 13-ə çatıb.

Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel məlumat verib.

"Tapılan meyitlə birlikdə qəzada həyatını itirənlərin sayı 13-ə çatıb, itkinlərin sayı isə 15-dir".

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətindəki (ŞKTC) Girnə limanı ilə Mersindəki Taşucu limanı arasında səfər edən "Filo Jet" adlı yüksək sürətli sərnişin gəmisi avqustun 30-da Girnədən yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb və Girnə limanına qayıtmağa çalışdığı zaman batıb.

Batan gəminin qalıqlarının Girnə sahillərində 554 metr dərinlikdə aşkarlandığı bildirilir.

Mövzuya görə xəbərlər