Son dəqiqə

Böyük Britaniya İtaliya Bolqarıstan Slovakiya Kipr zəlzələ Venesuela Yuray Blanar

Avropa ölkələri Venesuelaya hansı dəstəyi təklif edir?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra bir sıra Avropa ölkələri başsağlığı verərək humanitar dəstəyə hazır olduqlarını açıqlayıblar.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper ölkəsinin beynəlxalq tərəfdaşlarla birlikdə Venesuelanın humanitar ehtiyaclarını qiymətləndirdiyini bildirib. O, zəlzələdən zərər çəkən insanlarla həmrəy olduğunu vurğulayıb.

Kipr Xarici İşlər Nazirliyi də yaydığı bəyanatda Venesuelada baş verən zəlzələlər nəticəsində çoxsaylı insanın həyatını itirməsi və genişmiqyaslı dağıntıların baş verməsindən dərin kədər hissi keçirdiyini bildirib.

Slovakiyanın xarici işlər naziri Yuray Blanar zəlzələ qurbanlarının ailələrinə və yaxınlarına səmimi başsağlığı verib.

Bolqarıstan Xarici İşlər Nazirliyi isə ölkəsinin Venesuelada baş vermiş faciə ilə əlaqədar dərin hüzn hissi keçirdiyini və həyatını itirənlərin ailələrinin kədərini bölüşdüyünü bəyan edib.

İtaliyanın xarici işlər naziri Antonio Tayani vəziyyəti yaxından izlədiklərini bildirərək, ölkəsinin yardım göstərməyə hazır olduğunu açıqlayıb. O, həmçinin humanitar yardımın əlaqələndirilməsi və maliyyələşdirilməsi məqsədilə Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin işə salınmasını təklif edəcəyini bildirib.

Mövzuya görə xəbərlər