Son dəqiqə

Türkiyə xarici işlər nazirliyi Şimali Kipr Türk Respublikası Hakan Fidan

Türkiyə hər zaman Kipr türklərinin yanında olacaq – Hakan Fidan

Bakı,TurkicWorld

Türkiyə olaraq, Kiprli soydaşlarımızla çiyin-çiyinə olmağa və onların hüquq və mənafelərini müdafiə etməyə davam edəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər naziri Hakan Fidan X sosial media hesabında paylaşım edib.

Fidan paylaşımda Kipr Türklərini Sülh və Azadlıq Günü münasibətilə təbrik edib.

“Kipr Sülh Əməliyyatımızın 50-ci ildönümündə şəhidlərimizi və Kıbrıs Türklərinin varlığı uğrunda mübarizədə canlarını fəda edən qazilərimizi rəhmətlə yad edirəm. Onlar millətimizin bir hissəsidir”,- deyə o bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də Sülh Əməliyyatının 50-ci ildönümü ilə əlaqəli X sosial media hesabında paylaşım edilib.

“Türk Silahlı Qüvvələri 50 il əvvəl bu gün çətin şərtlər altında həyata keçirilən Kipr Sülh Əməliyyatı ilə Kipr Türklərini yox olmaqdan xilas etdi, onların varlığını və təhlükəsizliyini təmin etdi”,- deyə nazirliyin paylaşımında qeyd olunub.

Mövzuya görə xəbərlər