Bakı, TurkicWorld
Türkiyə Şimali Kipr Respublikasında (KKTC) mühüm layihələr həyata keçirib.
TurkicWorld xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi “Sülh Suyu Layihəsi” ilə adanın su problemi həll edilib. Ercan Hava Limanı yenilənib və qaalı Maraş açılaraq ziyarətçilərini qarşılamağa başlayıb.
50 il əvvəl, 1974-cü il iyulun 20-də Kipr türk xalqı Sülh Hərəkatı ilə öz azadlığını əldə etmişdi. Son 22 ildə adaya çoxlu investisiya qoyulub və o gündən bu yana Türkiyənin dəstəyi artmaqda davam edir .
Tarixi addımlardan biri də 2020-ci il oktyabrın 8-də atılıb. 'Kabus şəhər' olaraq bilinən qapalı Maraşın 46 ildən sonra ziyarətçilərin ixtiyarına verilməsi ilə adanın turizm gəlirləri qat-qat artıb.
Türkiyənin Şimali Kipr Türk Respublikası ilə bağlı vizyon layihələrindən biri də “Sülh Suyu Layihəsi” olub. Şimali Kıbrıs Türk Respublikasının Su Təchizatı Layihəsi 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən başladılıb. Layihə ilə Toros dağlarının suyu Aralıq dənizindən keçərək Şimali Kiprə axıdıldı. Layihə çərçivəsində smart boru sistemindən istifadə etməklə 23 kilometr uzunluğunda elektrik xətti çəkilib.
Türkiyədən Şimali Kipr Türk Respublikasına təbii qaz nəqli layihəsi üzərində də işlər davam edir. Belə ki, ikitərəfli xəttin 2025-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyə hava limanının yenilənməsi üçün də səy göstərərək, Kipr Ercan Hava Limanının yeni aerovağzal binasını istifadəyə verib. Uçuş zolağına ilk eniş Prezident Ərdoğan və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə ilə həyata keçirilib.