Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası Yılmaz Tunc

Türkiyə Kipr türklərinin hüquqlarını qorumaqda qərarlıdır

Bakı, TurkicWorld

Türkiyə Kipr türklərinin hüquqlarını qorumaqda qərarlıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunc Şimali Kipr Türk Respublikası (KKTC) prezidenti Ersin Tatarın iştirakı ilə keçirilən iclasda deyib.

Tunc, Türkiyənin vətəni olaraq başlatdığı Sülh Əməliyyatının dünyanın gözü qarşısında həyata keçirilən haqsız hücumlara və zülmə “dur” dediyini, bununla da Türkiyənin hər zaman Kipr türklərinin yanında olduğunu göstərdiyini bildirib.

Tunc həm Türkiyədə, həm də Şərqi Aralıq dənizində hökm sürən etimad mühitinin asan əldə olunmadığını vurğulayıb.

"Hər kəs bilməlidir ki, Kipr türk xalqı adanın əsas və qurucu elementidir. Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, iki dövlətli həll vizyonu çox dəyərlidir.” – deyə o qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər