Son dəqiqə

Böyük Britaniya parlament seçkiləri

Böyük Britaniyada parlament seçkiləri keçirilir

Bakı, TurkicWorld

İyulun 4-də Böyük Britaniyada parlamentin aşağı palatası olan İcmalar Palatasına seçkiləri keçirilir.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sorğulara əsasən, Böyük Britaniya tarixində yeni səhifə açacağını vəd edən Keir Starmerin başçılıq etdiyi Leyborist Partiyasının qələbə qazanacağını proqnozlaşdırılır.

Baş nazir Rişi Sunak və onun Mühafizəkarlar Partiyasının isə böyük məğlubiyyətlə üzləşəcəyi gözlənilir.

"YouGov" tərəfindən keçirilən sorğuya əsasən, leyboristlər 1832-ci ildən bəri ən yaxşı nəticə əldə edə və İcmalar Palatasında 650 yerdən 431-ni qazana bilər. Bəzi analitiklər Leyboristlərin hətta 484 yer qazana biləcəyini proqnozlaşdırır. Qeyd edək ki, mayın sonunda Böyük Britaniya parlamenti buraxılanda partiyanın 202 mandatı var idi.

Mövzuya görə xəbərlər