Son dəqiqə

Böyük Britaniya

Rişi Sunak Böyük Britaniyanın baş naziri vəzifəsindən getdi - KİV

Bakı, TurkicWorld

Böyük Britaniyanın baş naziri Rişi Sunak vəzifəsini tərk edir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Böyük Britaniyada seçki dairələrinin 70%-dən çoxunda bülletenlər hesablandıqdan sonra baş nazir Rişi Sunakın Mühafizəkarlar Partiyasının parlamentdə cəmi 72 mandat qazandığı məlum olub.

Leyboristlər 474 seçki dairəsində bülletenlər hesablandıqdan sonra 331 yer qazanıb. Böyük Britaniyanın yeni baş nazirinin Leyborist Partiyasının rəhbəri Keir Starmerin olacağı gözlənilir.

Mövzuya görə xəbərlər