Bakı, TurkicWorld
Böyük Britaniyanın İnkişaf naziri Annelise Dodds Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Livandakı ofisi üçün 5 milyon funt sterlinq (6,6 milyon dollar) dəyərində yardım paketi açıqlayıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, , Britaniya Xarici İşlər, Birlik və İnkişaf Ofisi, yardımın tibbi ləvazimatlara, gigiyena ləvazimatlarına və su stansiyalarına və sağlamlıq və qidalanma sahələrində çalışan təcili yardım qruplarına veriləcəyini təsdiqləyib.
Nazirlik həmçinin Kral Hərbi Hava Qüvvələrinin təyyarələri və helikopterlərinin hazır vəziyyətdə olduğunu, Britaniyanın Kiprdə Limassol yaxınlığındakı Kral Akrotiri Hava Bazasında və Aralıq dənizinin şərqində “RFA Mounts Bay” və “HMS Duncan” adlı iki gəmisi ilə hazır olduğunu təsdiqləyib.