Son dəqiqə

Baş prokurorluq

Azərbaycanda bu ilin ilk yarısında qeydə alınan cinayətlərin 90,7 faizi açılıb

Bakı.TurkicWorld:

Azərbaycanda 2026-cı ilin ilk yarısında 15 420 cinayət qeydə alınıb, onların 90,7 faizi açılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Prokurorluqda keçirilən 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş Geniş Kollegiya iclasında bildirilib ki, hesabat dövründə ölkə ərazisində 15 420 cinayət qeydə alınıb və onların 90,7 faizinin açılması təmin edilib.

Qeyd olunub ki, ümumilikdə 7 893 cinayət işinin istintaqı tamamlanıb. Onlardan 470-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 269, digər istintaq qurumları ilə birlikdə isə 5 511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

Kollegiyada vurğulanıb ki, prokurorluq orqanlarında yekunlaşmış cinayət işləri və araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri nəticəsində 27 milyon 152 min manatın ödənilməsi təmin olunub, 3 milyon 485 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 6 qəsdən adamöldürmə cinayətinin hamısı açılıb. Onlardan 2-si Baş Prokurorluğun İstintaq idarəsi, 4-ü isə rayon və şəhər prokurorluqları tərəfindən açılıb.

Mövzuya görə xəbərlər