Son dəqiqə

ANAMA Baş prokurorluq Cəbrayıl rayonu mina Həsənli kəndi

Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

BAKI,TurkicWorld

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) xəbər verir ki, hadisə 2026-cı il iyulun 23-də rayonun Həsənli kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonunun Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan tam təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən mina partlayışı baş verib.

Nəticədə Elşən Şəmilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır.

Rəsmi qurumlar vətəndaşları minalardan tam təmizlənməmiş ərazilərə daxil olmamağa və yalnız təhlükəsizliyi təsdiqlənmiş sahələrdən istifadə etməyə çağırıblar.

Mövzuya görə xəbərlər