Bakı. TurkicWorld:
İşğaldan azad edilmiş ərazilərdə sentyabrın 14-dən 20-dək aparılan minatəmizləmə əməliyyatları zamanı 745 partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 204 piyada əleyhinə mina, 65 tank əleyhinə mina aşkar edilib.
Hesabat dövründə 1840,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA və bu fəaliyyətə cəlb olunmuş digər qurumlar tərəfindən davam etdirilir.






