BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Senat Todd Blanşın baş prokuror vəzifəsinə namizədliyini təsdiqləməsə, o, hazırkı müvəqqəti vəzifəsində qalacaq. Tramp eyni zamanda mübahisələrə səbəb olan "hüquq-mühafizə orqanlarından siyasi məqsədlərlə istifadəyə qarşı" fondun qanunla təsbit edilməsinə çalışacağını da açıqlayıb.
TurkicWorld xəbər verir ki, Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada Todd Blanşı ölkənin ən nüfuzlu hüquqşünaslarından biri adlandırıb.
ABŞ Prezidenti bildirib ki, əgər respublikaçı senatorlar Con Kornin və Tom Tillis Todd Blanşın namizədliyini dəstəkləməsələr, o zaman sözügedən fondun yaradılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi üçün fəal şəkildə çalışacaq.
Bundan əvvəl Tramp həmin fondun artıq gündəmdən çıxarıldığını bildirsə də, son açıqlaması bu mövqedə dəyişiklik olduğunu göstərib.
Respublikaçı senator Tom Tillis isə Trampın yeni bəyanatından sonra Todd Blanşın namizədliyinin təsdiqlənməsinin mümkün görünmədiyini bildirib. Bununla yanaşı, o, məsələ ilə bağlı razılığın Senatın Hüquq Komitəsinin çərşənbə axşamı keçiriləcək iclasınadək əldə olunacağına ümid etdiyini deyib.
ABŞ qanunvericiliyinə əsasən, namizədliyi Senatda baxılmaqda olan və geri götürülməyən və ya rədd edilməyən şəxs müvəqqəti rəhbər kimi fəaliyyətini davam etdirə bilər.







