Son dəqiqə

ABŞ Livan Donald Tramp Yaxın Şərq Hizbullah Cozef Aun İsrail və Livan münasibətləri

Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Dövlət Departamentində Ərəb və Afrika məsələləri üzrə baş müşavir Massad Bulos ABŞ Prezidenti Donald Tramp və Livan Prezidenti Cozef Aun arasında keçirilən görüşü “çox məhsuldar” adlandırıb. O, tərəflərin Livan ordusuna dəstək, iqtisadi əməkdaşlıq və digər məsələləri müzakirə etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, Massad Bulos görüşdən sonra açıqlamasında Tramp və Aunun Livan-İsrail çərçivə razılaşmasının icrası ilə bağlı məsələləri nəzərdən keçirdiklərini deyib.

ABŞ rəsmisi bildirib ki, razılaşmanın həyata keçirilməsi mərhələli şəkildə davam edir və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), Livan və İsrail orduları arasında yaxşı koordinasiya mövcuddur.

Bulos qeyd edib ki, Hizbullahın silahsızlaşdırılması və İsrail qüvvələrinin geri çəkilməsi paralel proseslərdir. Onun sözlərinə görə, məhz buna görə cənub Livanda “sınaq zonaları” konsepsiyası üzərində iş aparılır.

O bildirib ki, Donald Tramp Livan və İsrail arasında əldə olunan razılaşmanın icrasını davam etdirməkdə qərarlıdır.

ABŞ rəsmisi əlavə edib ki, Vaşinqtonun Hizbullahla bağlı müxtəlif vasitələri mövcuddur, lakin hazırda əsas diqqət çərçivə razılaşmasının həyata keçirilməsinə yönəlib.

Mövzuya görə xəbərlər