Son dəqiqə

Böyük Britaniya

Böyük Britaniya hökumətində yeni təyinatlar olub

Bakı. TurkicWorld:

Böyük Britaniyanın yeni xarici işlər və müdafiə nazirləri təyin olunub.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Kir Starmer imzalayıb.

Qərarda qeyd edilib ki, xarici işlər naziri vəzifəsinə Devid Lemmi, müdafiə naziri postuna isə Con Hili gətirilib.

Bundan əlavə, yeni hökumətdə daxili işlər naziri vəzifəsini İvett Kuper, maliyyə naziri postunu isə Reyçl Rivz tutacaq.

Qeyd edək ki, Böyük Britaniyanın yeni baş naziri Leyborist Partiyasının rəhbəri Kir Starmer olub.

Xatırladaq ki, iyulun 4-də Böyük Britaniya parlamentinə keçirilən seçkilərin nəticələri hesablandıqdan sonra Leyboristlər Partiyası mühüm səs çoxluğu ilə qalib gəlib. Mühafizəkarlar Partiyasının rəhbəri Rişi Sunak baş nazir vəzifəsindən istefa edib.

Mövzuya görə xəbərlər