Son dəqiqə

Ermənistan Böyük Britaniya

Böyük Britaniyanın axtarışa verdiyi muzdlu qatil Ermənistanda saxlanılıb

Bakı, TurkicWorld

Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının axtarışa verdiyi Eymi Betro adlı muzdlu qatil Ermənistanda saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 44 yaşlı killer qadın Kotay vilayətinin Proşyan kəndində saxlanılıb.

Eymi Böyük Britaniyada sifarişli qətldə və qanunsuz silah saxlamaqda ittiham olunur. Ermənistan Baş Prokurorluğu və Böyük Britaniya tərəfi qatilin saxlanılması barədə məlumatlandırılıb.

Mövzuya görə xəbərlər