Böyük Britaniya Kir Starmer

Britaniyanın yeni hökuməti 40 min məhbusu azad edəcək

Bakı, TurkicWorld

Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer həbsxanaların həddindən artıq çox məhbusla dolması səbəbi ilə 40 min məhbusu azad etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, "The Times" bu barədə Britaniya Ədliyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qərarın dörd ildən az müddətə azadlıqdan məhrum edilmiş cinayətkarlara şamil olunması planlaşdırılır.

Qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkisində qalib gəlib.

Mövzuya görə xəbərlər