Son dəqiqə

Ermənistan ABŞ hərbi təlimlər

ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək

Bakı, TurkicWorld

ABŞ və Ermənistan 15-24 iyul tarixlərində "Eagle Partner 2024" birgə hərbi təlimləri keçirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.

Qeyd olunub ki, ABŞ-dan hərbi təlimçilər aprelin 1-də Ermənistana gəlib.

Mövzuya görə xəbərlər