Son dəqiqə

ABŞ

“Helen” son 55 ildə ABŞ-ı vuran ikinci ən ölümcül qasırğa olub

Bakı. TurkicWorld:

“Helen” yarım əsrdən çox müddətdə ABŞ-da ikinci ən ölümcül qasırğa olub. Qasırğa qurbanlarının sayı 160 nəfəri ötüb, yüzlərlə insan itkin düşmüş sayılır.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, “Helen” son 55 ildə Birləşmiş Ştatları vuran ikinci ən ölümcül qasırğadır və yalnız 2005-ci ildəki “Katrina”dan geri qalır.

Qeyd olunur ki, qasırğanın təsirinə məruz qalmış bir çox ərazilərdə elektrik enerjisi təchizatı dayanıb, rabitə kəsilib. Şimali Karolina ştatında yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.

Qasırğadan zərər çəkmiş bölgələrə Milli Qvardiyanın minlərlə əsgəri, yüzlərlə taktiki nəqliyyat vasitəsi və onlarla helikopter göndərilib. Ağ evdən bildiriblər ki, Prezident Cozef Bayden Şimali Karolinaya çərşənbə günü səfər etməyi, daha sonra Corciya və Floridaya getməyi planlaşdırır.

ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Liz Şervud-Randall təbii fəlakət nəticəsində həlak olanların sayının arta biləcəyini deyib. Onun sözlərinə görə, fəlakət bölgələrində yaşayan 600 nəfərlə hələ də əlaqə saxlamaq mümkün olmayıb.

Mövzuya görə xəbərlər