Son dəqiqə

ABŞ Donald Tramp miqrasiya

ABŞ-də yarım əsrdən sonra ilk dəfə olaraq əks miqrasiya müşahidə olunur - Tramp

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun siyasəti nəticəsində yarım əsrdə ilk dəfə olaraq ABŞ-a immiqrant axını müşahidə olunub.

TurkicWorld-un məlumatına görə, bu barədə D.Tramp həmvətənlərinə müraciətində bildirib.

"Son 50 ildə ilk dəfə olaraq əks miqrasiya müşahidə olunur: miqrantlar vətənlərinə qayıdır, amerikalılar üçün daha çox yaşayış sahəsi və iş yerləri qalır", - deyə o qeyd edib.

ABŞ prezidenti dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin lehinə çıxış edib və Amerika tarixində qanunsuz miqrantların ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib.

Mövzuya görə xəbərlər