Son dəqiqə

Türkiyədə Orlan-10 tipli Rus İUA-sı tapılıb Daxili İşlər Nazirliyi Kocaelidə tapılan İUA ilə bağlı açıqlama verdi Kocaelidə tapılan Rus İUA-sı ilə bağlı nələr məlumdur? Türkiyədə İUA insidenti: Orlan-10 aşkarlandı Kocaelidə şübhəli hava aparatı ilə bağlı araşdırma Kocaelidə Rus istehsalı İUA tapılıb Türkiyədə Orlan-10 tipli hava aparatı ilə bağlı araşdırma aparılır DİN Kocaelidə aşkar edilən İUA barədə məlumat yaydı

Kocaelidə aşkar edilən Orlan-10 PUA-sı ilə bağlı yeni detal məlum olub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Kocaeli vilayətində aşkar edilən Rusiya mənşəli pilotsuz uçuş aparatının (PUA) yerli sakin tərəfindən ağacdan balta ilə endirildiyi məlum olub.

TurkicWorld xəbər verir ki, kəşfiyyat məqsədilə istifadə olunduğu ehtimal edilən “Orlan-10” tipli PUA kənd ərazisinə düşdükdən sonra hadisə yerinə təhlükəsizlik qurumları cəlb edilib. İlkin məlumatlara əsasən, PUA-nın qalıqları ərazi sakinləri tərəfindən aşkarlanıb.

PUA-nın ağacdan endirilməsi ilə bağlı danışan İsmayıl Bayhan bildirib ki, hadisə təsadüfən baş verib. Onun sözlərinə görə, tarlaya gedərkən havada mühərrik səsi və elektrik qığılcımlarını müşahidə edib:

“Əvvəlcə yaxınlaşmağa ehtiyat etdim. Daha sonra balta ilə ağaca vuraraq onu endirdim və tarladakı işimə davam etdim”, – deyə Bayhan bildirib.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verərək, tapılan PUA-nın Rusiya istehsalı olduğunu və onun bölgəyə hansı marşrutla daxil olmasının araşdırıldığını bildirib. Araşdırma davam edir.

Mövzuya görə xəbərlər