Son dəqiqə

ABŞ Sakit okean narkotik ticarəti Pit Heqset

ABŞ Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dekabrın 17-də ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşımaqda şübhəli bilinən bir gəmiyə zərbə endirib.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı "X" sosial şəbəkəsində yazıb.

"Kəşfiyyat xidməti gəminin Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib", - deyə bildirilib. Həmçinin bildirilib ki, zərbə nəticəsində dörd nəfər həlak olub. ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.

Komandanlıq qeyd edib ki, "Cənub Nizə" əməliyyatının Birgə Operativ Qrupu zərbəni müharibə naziri Pit Heqsetin göstərişi ilə həyata keçirib.

Mövzuya görə xəbərlər