Son dəqiqə

ABŞ ABŞ Konqresi

ABŞ Konqresi kartellərə qarşı əməliyyatlara son qoyulması ilə bağlı qətnaməni rədd edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ölkənin silahlı qüvvələrinin Qərb yarımkürəsində narkotik kartellərinə qarşı istifadəsinə son qoymaq barədə qətnaməni rədd etmək barəsində qərar veriblər.

TurkicWorld-un məlmatına görə, qərar keçirilən səsvermədən sonra verilib.

Aşağı palatanın 210 üzvü sənədi lehinə, 216 üzvü isə əleyhinə səs verib.

Qətnamədə ABŞ hərbi qüvvələrinin "prezident fərmanı ilə terrorçu kimi təyin edilmiş təşkilatlara" qarşı döyüş əməliyyatlarında istifadəsinin qarşısının alınmasının vacibliyi vurğulanır.

Mövzuya görə xəbərlər