Son dəqiqə

Fransa

Fransa məhkəməsi özəl müsəlman məktəbinin bağlanması qərarını rədd edib

Bakı, TurkicWorld

Fransada məhkəmə Nice bölgəsindəki özəl müsəlman orta məktəbinin bağlanması ilə bağlı İcra hakimiyyətinin verdiyi qərarı ləğv edib.

TurkicWorld xəbər verir ki, bu barədə məkətin hüquqşünası Sefen Guez Guez öz X hesabında etdiyi paylaşımda məlumat verib.

Paylaşımda, Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində yerləşən yeganə müsəlman məktəbi sayılan Nicedəki Avicenne Orta Məktəbinin tədris ilinin sonunda bağlanması ilə bağlı İcra hakimiyyətinin 15 Mart tarixli qərarının məhkəmə tərəfindən rədd edildiyi bildirilib.

Həmçinin, vəkil öz paylaşımında məhkəmə xərcləri qarşılığında icra hakimiyyətinin məktəbə 1500 avro ödəməsi ilə bağlı məhkəmənin hökm çıxardığını da qeyd edib.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Təhsil Nazirliyi “Məktəbin maliyyə qaynaqları barəsində dəqiq məlumat verilmədiyi” səbəbini əsas göstərərək təxminən 100 şagirdi olan Avicenne orta məktəbinin bağlanması barədə qərar qəbul etmişdi.

Buna cavab olaraq, məktəb rəhbərliyi yazılı açıqlama verərək qərara etiraz edib iddianı rədd etmişdi.

Mövzuya görə xəbərlər