Son dəqiqə

Fransa Emmanuel Makron

Fransada seçkilərin ilk nəticələri məlum olub: Makronun partiyası uduzur

Bakı. TurkicWorld:

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ilk nəticələri açıqlanıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin nəticələrə görə, ultrasağçı "Milli Vəhdət" partiyası 33,4 faiz səs çoxluğu ilə birinci yer tutub. Solçu "Yeni Xalq Cəbhəsi" isə 27,98 faiz səslə 2-ci yeri tutub.

Fransa prezidenti Emmanuel Makronun partiyası isə seçkilərin ilk turunun nəticələrinə görə, 20,76 faiz səslə 3-cü yer tutub.

Qeyd edək ki, Fransada seçkilərin birinci turunda seçicilərin 66,71 faizi iştirak edib ki, bu da ölkədə 2022-ci ildən etibarən keçirilən parlament seçkiləri üçün rekord göstəricidir.

Mövzuya görə xəbərlər