Son dəqiqə

Çin Rusiya PUA

Çin Rusiya üçün PUA hazırlayır - KİV

Bakı, TurkicWorld

Çin və Rusiya şirkətləri İranın "Shahed" pilotsuz uçuş aparatına bənzər PUA hazırlayırlar.

TurkicWorld xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bu məsələ ilə tanış olan avropalı məmurlara istinadən məlumat yayıb.

Rəsmilər hazırlanmaqda olan PUA barədə konkret açıqlama verməsələr də, Çinin müdafiə saytları və bir sıra KİV ölkənin görünüşcə İranın "Shahed 136" dronuna bənzəyən "Sunflower 200" adlı kamikadze dron hazırladığı barədə məlumat yayıb.

"Bloomberg" yazır ki, 2023-cü ildə şirkətlər birlikdə İranın "Shahed" dronunun eynisini yaratmaq barədə danışıqlar aparıblar, bu il isə Rusiyaya göndərilməsi üçün versiyanın hazırlanması və sınaqdan keçirilməsinə başlayıblar.

Həmçinin o da qeyd olunub ki, Çin PUA-ları hələ ki Ukraynada istifadə olunmayıb.

Mövzuya görə xəbərlər